Çilinin şimalında 5,2 maqnitudalı zəlzələ qeydə alınıb.
Bakues.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri Antofaqasta şəhərindən 238 kilometr cənub-şərqdə yerləşib. Yeraltı təkanların ocağı 111 kilometr dərinlikdə olub.
Hadisə nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.