2025-26 mövsümündən etibarən Misli Premyer Liqasında iştirak edəcək "İmişli" ilk yoxlama matçını keçirib. 

Offsideplus.az xəbər verir ki, bölgə təmsilçisi "Araz-Naxçıvan"ın əvəzedici komandası ilə qarşılaşıb. Jorje Kaskilyanın kollektivi bu oyunda 2:1 hesablı qələbə qazanıb.

Qeyd edək ki, "İmişli" iyulun 23-də "Sumqayıt"a qarşı növbəti yoxlama oyununa çıxacaq.