AZ

Millinin futbolçusu rəmzi komandaya düşdü

Azərbaycanın qadın futbolçulardan ibarət millisinin üzvü Alina Dorofeyeva Rusiya çempionatında turun rəmzi yığmasına düşüb.

Futbolpress.az xəbər verir ki, “Rubin”in formasını geyinən müdafiəçi XV turun ən yaxşıları arasında yer alıb.

Dorofeyevanın komandası XV turda “Zvezda-2005” ilə qarşılaşıb və 2:0 hesablı qələbə qazanıb. O, matça start heyətdə başlayıb və komandasının ilk qolunun məhsuldar ötürməsini edib.

“Rubin” XVI turda “Yenisey” komandası ilə qarşılaşacaq.

Seçilən
3
7
futbolpress.az

10Mənbələr