AZ

Millimizin müdafiəçisi turun rəmzi yığmasına düşdü

Qadın futbolçulardan ibarət millimizin üzvü Alina Dorofeyeva Rusiya çempionatında turun rəmzi yığmasına düşüb.

“Football-plus.az” yarışın mətbuat xidmətinə istinadən xəbər verir ki, “Rubin”in formasını geyinən müdafiəçi 15-ci turun ən yaxşıları arasında yer alıb.

Dorofeyevanın komandası 15-ci turda “Zvezda-2005” ilə qarşılaşıb və 2:0 hesablı qələbə qazanıb. Milli üzvü komandasının vurduğu ilk qolda (21-ci dəqiqə) məhsuldar ötürmə müəllifi olub.

Start heyətində yer alan futbolçu 69-cu dəqiqədə əvəzlənib.

Qeyd edək ki, “Rubin” 16-cı turda “Yenisey” komandası ilə qarşılaşacaq.

Seçilən
1
18
football-plus.az

10Mənbələr