"Barselona" klubu Markus Reşfordu heyətinə qatacaq.
Offsideplus.az xəbər verir ki, bu barədə məlumatı məşhur insayder Fabritsio Romano yayıb. Futbolçu və Kataloniya təmsilçisi arasında şifahi razılıq əldə edilib. İngilis hücumçu qarşıdakı günlərdə tibbi müayinədən keçəcək.
Müqavilə icarə əsasında olacaq, "Mançester Yunayted" futbolçuya bu gün səfər üçün icazə verəcək.
2016-cı ildən "qırmızı şeytanlar"ın formasını geyinən M.Reşford ötən mövsümü icarə əsasında "Aston Villa"da keçirib.