AZ

Reşford addım-addım “Barsa”ya

“Mançester Yunayted”də istənilməyən futbolçulardan olan Markus Reşford karyerasını İspaniyada davam etdirməyə çox yaxındır.

Apasport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Onun sözlərinə görə, futbolçu gələn mövsüm icarə əsasında “Barselona”da çıxış edəcək.

Razılaşmaya əsasən, kataloniyalılar ingilis forvard üçün “qırmızı şeytanlar”a icarə haqqı ödəməyəcək.

27 yaşlı hücumçunun müqaviləsində, həmçinin, 35 milyon avroluq satınalma bəndi yer alacaq.

Qeyd edək ki, Markus Reşford ötən mövsümün ikinci yarısını icarə əsasında “Aston Villa”da keçirib.

“Araz”ın rəqibi sabiq “Qalatasaray”lını heyətinə qatıb

“Fənər” PSJ-nin ulduzlarını İstanbula gətirir

“Fənər” PSJ ilə razılaşdı - 4 illik müqavilə imzalayacaq

Niderlandlı futbolçu İngiltərə yolunda

“Beşiktaş” istəmədi - İNGİLTƏRƏDƏ QALACAQ

Seçilən
54
15
apasport.az

10Mənbələr