
Ermənistanın Baş naziri Nikol Paşinyanla İran prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Nikol Paşinyanın mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, baş nazir ötən ay baş verən hadisələrlə bağlı İran prezidentinə başsağlığı verib.
Tərəflər ikitərəfli, regional və beynəlxalq gündəliyə dair məsələləri müzakirə ediblər.