Rumıniya Prezidenti Nikuzor Dan ABŞ Prezidenti Donald Trampdan Amerikaya səfər etmək üçün rəsmi dəvət alıb.
Operativ Media xəbər verir ki, bu barədə “Digi 24” telekanalına müsahibəsində Rumıniya liderinin təhlükəsizlik üzrə müşaviri Kristian Diakonesku məlumat verib.
“Prezident Donald Trampdan Prezident Nikuzor Dana rəsmi dəvət var. Onlar bir ay əvvəl çox yaxşı dialoq aparıblar və indi bu dəvət rəsmi şəkildə çatdırılıb”, – Diakonesku bildirib. Onun sözlərinə görə, səfərin tarixi hələ müəyyən edilməyib.
Bundan əvvəl Rumıniyanın xarici işlər naziri Oana Tsoiu sentyabr ayında ABŞ-a səfər edəcəyini və ilk növbədə Rumıniya Prezidentinin bu ölkəyə səfərinə hazırlıq görəcəyini açıqlamışdı.
Tramp və Dan iyunun 25-də NATO-nun Haaqa sammitində görüşərək bir neçə söz mübadiləsi aparıblar.