İran Prezidenti Məsud Pezeşkianla Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub.
Bizim.Media xəbər verir ki, bu barədə “İRNA” məlumat yayıb.
Məlumata görə, Paşinyan ötən ay baş vermiş faciəvi hadisələrlə bağlı İran prezidentinə başsağlığı verib. Danışıq zamanı ikitərəfli, regional və beynəlxalq məsələlər müzakirə edilib.
Pezeşkian qeyd edib ki, İranın ali rəhbəri ayətullah Seyid Əli Xaməneinin fətvası əsasında atom silahının istehsalına qadağa qoyulub.
Bildirilib ki, Nikol Paşinyan Məsud Pezekianı Ermənistanı dəvət edib.
Bizim.Media