"Prezident İlham Əliyevlə Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun görüşü Azərbaycanla Türkmənistan arasında olan dostluq münasibətlərinin davamıdır".
Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa bildirdi.
Onun sözlərinə görə, Qurbanqulu Berdiməhəmmədov hazırda dövlətin başında olmasa da, dövlətdə əhəmiyyətli təsir gücünə malik olan bir şəxsdir.
"Bir sıra strukturlar da ona tabedir. Görüş Türkmənistanla Azərbaycanın gələcək münasibətlərində müsbət rol oynayacaq bir görüş kimi qiymətləndirilir. Azərbaycan Prezidenti Türkmənistanla münasibətlərə xüsusi diqqət yetirir. Buna görə də düşünürəm ki, burada münasibətlərin formalaşması və güclənməsi əsas prioritetdir. Onların Şuşaya səfəri, buradakı proseslərlə tanış olmaları və Türkmənistanın ərazilərin bərpasında iştirak etmək niyyətini ortaya qoyması sevindirici haldır. Qardaş Türkmənistan dövləti ilə Azərbaycanın münasibətlərinin möhkəmlənməsi hər birimiz üçün faydalıdır", - deyə Fazil Mustafa qeyd etdi.
Xədicə BAXIŞLI