“Şamaxı”nın İdarə Heyətinin sədr müavini Ramiz Məmmədov klubdan ayrılıb.
"Football-plus.az" xəbər verir ki, buna səbəb mütəxissisin 1-ci liqa klubu "Mingəçevir"ə baş məşqçi təyin olunmasıdı. 2022-ci ildən "Şamaxı"nın İdarə Heyətinin sədr müavini kimi fəaliyyət göstərən Məmmədov eyni zamanda 2023/24 mövsümündə sözügedən komandanın baş məşqçisi kimi fəaliyyət göstərib və komanda 1-ci liqada çempion olaraq yenidən premyer-liqaya qayıdıb.
Qeyd edək ki, yeni təyinatı ilə əlaqədar Ramiz Məmmədovun “Şamaxı”nın İdarə Heyətində üzvlüyünə xitam verilib və son 3 ildə klubda gənclərin inkişafı proqramının rəhbəri vəzifəsində çalışan tanınmış sabiq futbolçu Vəli Qasımov həmçinin İdarə Heyətinə yeni üzv seçilib.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта