AZ

"Şamaxı" Ramiz Məmmədovla vidalaşdı

“Şamaxı” Futbol Klubunun idarə heyətinin sədr müavini Ramiz Məmmədov komandadan ayrılıb.

Apasport.az xəbər verir ki, buna səbəb mütəxissisin I Liqa klubu "Mingəçevir"ə baş məşqçi təyin olunmasıdır.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

2022-ci ildən "Şamaxı"nın idarə heyətinin sədr müavini kimi fəaliyyət göstərən Məmmədov eyni zamanda 2023/2024 mövsümündə sözügedən komandanın baş məşqçisi kimi fəaliyyət göstərib və komanda I Liqada çempion olaraq yenidən Premyer Liqaya qayıdıb.

Qeyd edək ki, yeni təyinatı ilə əlaqədar Ramiz Məmmədovun “Şamaxı” FK-nın İdarə heyətində üzvlüyünə xitam verilib və son 3 ildə klubda gənclərin inkişafı proqramının rəhbəri vəzifəsində çalışan tanınmış sabiq futbolçu Vəli Qasımov həmçinin idarə heyətinə yeni üzv seçilib.

Elgiz Abbasov: “3 dövrəli çempionatın oynanılması qərarlaşdırılıb”

Avropada 5-ci het-trik

“İmişli”dən növbəti transfer - RƏSMİ

“Qarabağ” İsveçdə keçirilən beynəlxalq turnirdə mübarizəni dayandırıb

“Qarabağ” - “Şelburn” oyununun biletləri satışa çıxarılacaq

Seçilən
46
7
apasport.az

9Mənbələr