“Şamaxı”nın İdarə Heyətinin sədr müavini Ramiz Məmmədov klubdan ayrılıb.
Rekord.az xəbər verir ki, buna səbəb mütəxissisin 1-ci Liqa klubu "Mingəçevir"ə baş məşqçi təyin olunmasıdır.
2022-ci ildən "Şamaxı"nın İdarə Heyətinin sədr müavini kimi fəaliyyət göstərən Məmmədov eyni zamanda 2023/2024 mövsümündə sözügedən komandanın baş məşqçisi kimi fəaliyyət göstərib və komanda 1-ci Liqada çempion olaraq yenidən Premyer Liqaya qayıdıb.
Yeni təyinatı ilə əlaqədar Ramiz Məmmədovun “Şamaxı”nın İdarə Heyətində üzvlüyünə xitam verilib və son 3 ildə klubda gənclərin inkişafı proqramının rəhbəri vəzifəsində çalışan tanınmış sabiq futbolçu Vəli Qasımov həmçinin İdarə Heyətinə yeni üzv seçilib.