RU

“Qarabağ” yerli futbolçusu ilə yollarını ayırıb

Bakı, 18 iyul, AZƏRTAC

“Qarabağ” komandası futbolçusu Rüstəm Əhmədzadə ilə yollarını ayırıb.

Klubdan AZƏRTAC-a verilən məlumata görə, son üç mövsümdə icarə əsasında “Zirə”də çıxış edən 24 yaşlı hücumçunun müqaviləsinə qarşılıqlı razılaşma ilə xitam verilib.

2022-ci ilin yanvarında Ağdam təmsilçisinə keçən Rüstəm komandanın heyətində Azərbaycan çempionu və ölkə kubokunun qalibi olub.

Избранный
38
33
azertag.az

10Источники