Bakı, 14 iyul, AZƏRTAC
Türkiyənin “Fənərbağça” klubu futbolçusu Miha Zayç ilə vidalaşmağı planlaşdırır.
AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, İstanbul təmsilçisinin Portuqaliyadakı təlim-məşq toplanışına aparılmayan yarımmüdafiəçi gələcək mövsüm üçün kollektivdə düşünülmür.
İddiaya görə, 31 yaşlı sloveniyalı oyunçu Xorvatiyanın “Dinamo” (Zaqreb) komandası ilə şəxsi razılıq əldə edib.
O, ötən mövsümü icarə əsasında Fransa “Tuluza”sında keçirib.
Qeyd edək ki, Miha Zayç 2019-cu ildən “Fənərbağça”da çıxış edir.