"Beşiktaş" "Benfika"dan ayrılmağa hazırlaşan Orkun Kökçünü heyətinə qatmaq istəyir.
Apapsort.az xəbər verir ki, Super Liqa klubu transfer üçün rəsmi danışıqlara başlayıb.
“Ağ-qaralar” milli futbolçunu heyətinə qatmaq istəyir və transfer danışıqları bu gün başlayacaq.
Orkun Kökçü FİFA Klublararası Dünya Çempionatında baş məşqçisi Bruno Lage ilə yaşadığı problemlərdən sonra komandadan ayrılmaq qərarına gəlib. Portuqaliya mətbuatında çıxan xəbərə görə, "Benfika" da milli futbolçunun gedişinə müsbət baxır.
Orkun Kökçü 2023/24 mövsümündə təxminən 30 milyon avroya "Feyenoord"dan "Benfika"ya transfer olunub.
Milli futbolçu ötən mövsüm "Benfika"nın heyətində 55 oyuna çıxıb, 12 qol vurub və 11 məhsuldar ötürmə edib.
İngiltərə millisinin üzvü "Nyukasl"ı tərk edib - RƏSMİ
Luis Suarez “Sportinq”ə keçir?
Luis Diaz “Bavariya”ya "yaşıl işıq" yandırdı
Rakitiç karyerasını başa vurub - VİDEO
Viyera Vardiyə “yox” dedi