RU

“Qarabağ” - “Şelburn” oyununun biletləri bu gün satışa çıxarılır

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində keçiriləcək “Qarabağ” - “Şelburn” (İrlandiya) oyununun biletləri bu gün satışa çıxarılır.

Ağdam təmsilçisindən AZƏRTAC-a verilən məlumata görə, saat 12:00-dan etibarən biletlərin satışına başlanılacaq.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq, 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir.

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdır.

Satış məntəqələri iTicket.az (iTicket.az-da onlayn satış), Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu və Tofiq Bəhramov adına Respublika stadionunun kassaları olacaq.

Избранный
35
32
azerbaijan-news.az

10Источники