AZ

“Qarabağ”ın oyununa biletlər satışdadır

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində iyulun 30-da keçiriləcək “Qarabağ” - “Şelburn” (İrlandiya) oyununun biletləri dünəndən etibarən satışa çıxarılıb.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir. VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdır.

Biletləri “iTicket.az”-ın satış məntəqələri (iTicket.az-da onlayn satış); "Park Bulvar"dakı “Qarabağ” FK-nın Fan-Şopu və Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından əldə etmək mümkündür.

M.HACIXANLI
XQ

Seçilən
3
32
xalqqazeti.az

10Mənbələr