UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində keçiriləcək “Qarabağ” – “Şelburn” oyununun biletləri bu gün satışa çıxarılıb.
Arena.az bu barədə Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir.
Bildirilir ki, Azərbaycan və İrlandiya çempionları arasındakı cavab matçının biletləri bu gün saat 12:00-dan etibarən satışa çıxarılıb.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir.
VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdır.
Biletləri “iTicket.az”-ın satış məntəqələri (iTicket.az-da onlayn satış), “Qarabağ”ın “Park Bulvar”dakı Fan-Şopu və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə etmək mümkündür.
Xatırladaq ki, Azərbaycan və İrlandiya klubları arasındakı ilk matç iyulun 23-də Dublindəki “Tolka Park” stadionunda keçiriləcək. Oyuna Bakı vaxtı ilə saat 22:45-də start veriləcək. Tərəflər arasında cavab matçı isə iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Bu görüşə də saat 20:00-da start veriləcək.
