RU

“Bornmut” “Çelsi”nin qapıçısını transfer etdi

İngiltərənin “Bornmut” klubu "Çelsi"nin qapıçısı Jorce Petroviçin transfer edib.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki,  25 yaşlı qolkiperlə 5 illik müqavilə imzalanıb.

Serbiyalı oyunçu, dərhal “albalılar”ın heyətinə qoşulacaq və klubun ABŞ-da keçirəcəyi mövsümöncəsi təlim-məşq toplanışında iştirak edəcək.

Petroviç ötən mövsümü icarə əsasında Fransa Liqa 1 təmsilçisi “Strasburq”da keçirib. Serbiyalı qapıçı buradakı uğurlu çıxışı ilə diqqət çəkib – komandanın mövsümü 7-ci pillədə başa vurmasına və UEFA Konfrans Liqasına vəsiqə qazanmasına mühüm töhfə verib. O, həmçinin “Strasburq”da mövsümün ən yaxşı futbolçusu seçilib və Liqa 1-də “ilin qapıçısı” mükafatına namizəd olub.

Qeyd edək ki, Petroviç daha əvvəl “Çelsi”nin heyətində Premyer Liqada 23 oyuna çıxıb.

Избранный
60
50
90deqiqe.az

10Источники