Macarıstanın Baş naziri Viktor Orban yenidən Ukraynanın Aİ-yə üzvlüyünə qarşı çıxıb.
Bizim.Media xəbər verir ki, bununla bağlı Orban rəsmi X hesabında paylaşım edib.
“Silahlı münaqişə vəziyyətində olan bir ölkənin Avropa İttifaqına üzv qəbul edilməsi döyüşlərin birbaşa idxalı demək olardı. Xalqımız fikrini bildirdi: Ukraynanın Aİ-yə üzvlüyünə yox!” — deyə o, qeyd edib.
Orban hesab edir ki, əgər Avropa ölkələrində Macarıstanda yaxınlarda keçirilən sorğuya bənzər bir sorğu aparılsa, hamı Ukraynanın Aİ-yə daxil olmasına qarşı çıxar.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта