AZ

Orban: Ukraynanın Aİ yə üzvlüyü Rusiya ilə müharibə deməkdir

Dogru.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Macarıstanın Baş naziri Viktor Orban bəyan edib ki, Ukraynanın Avropa İttifaqına (Aİ) daxil olması Aİ üçün Rusiya ilə müharibəyə bərabər olardı.

Doğru.az xəbər verir ki, Orban bu fikirləri Macarıstanın “Kossuth” radiosuna müsahibəsində səsləndirib. “Təsəvvür edin ki, Ukrayna bu gün Aİ-yə üzv oldu. O zaman Aİ elə həmin gün Rusiya ilə müharibəyə başlayacaqdı”, – deyə o, bildirib.

Orban həmçinin qeyd edib ki, bəzi Avropa liderlərinin Ukraynanın Aİ-yə üzv olmaq üçün hazır olduğu, korrupsiyanın aradan qaldırıldığı və insan hüquqlarına riayət edildiyi barədə bəyanatları reallığı əks etdirmir.

Qeyd edək ki, Almaniyanın Səhra Vaqenknext Ağıl və Ədalət Partiyasının lideri Sahra Vaqenknext də oxşar mövqe sərgiləyərək bildirib ki, Ukraynanın Aİ-yə daxil olması Almaniya vergi ödəyiciləri üçün “dibsiz bir çəlləyə” çevrilə bilər.

DOĞRU.AZ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
1
27
dogru.az

10Mənbələr