O qeyd edib ki, ABŞ-nin dəstəyi azalır, Almaniyanın liderliyi ilə Avropa isə hələ də hərbi qələbəyə ümid edir. Bu ziddiyyətin Avropanı iqtisadi və təhlükəsizlik baxımından tək buraxa biləcəyini bildirib. Orban Ukraynada atəşkəs təklifi ilə çıxış etdiyini, lakin Zelenski tərəfindən rədd edildiyini də əlavə edib.
Macarıstan lideri müharibənin strateji çıxılmazlıqda olduğunu, Ukraynanın nüvə dövləti ilə savaşı qazana bilməyəcəyini deyib. O, Avropa İttifaqında hüquqi normaların pozulduğunu və Macarıstanın Ukraynanın Aİ-yə üzvlüyünə veto qoymaqda haqlı olduğunu bildirib. Sonda isə əlavə edib: "Avropa miqrasiya, müharibə və gender məsələlərində xalqa yox, Brüsselə qulaq asır - yalnız Macarıstan vətəndaşının fikrini soruşdu".