BAKI, 11 iyul. TELEQRAF
Ukraynanın Avropa İttifaqına (Aİ) üzv olması yalnız bu ölkənin hazır olmaması səbəbindən deyil, həm də Aİ üçün ciddi təhlükə yaradacağına görə yolverilməzdir.
Teleqraf xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban bildirib.
“Biz nə müasir Ukrayna iqtisadiyyatının konturlarını görürük, nə də müharibəni dayandırmaq niyyətini. Təsəvvür edin ki, Ukrayna bu gün Aİ üzvü olsaydı, o zaman Avropa İttifaqı eyni gündə Rusiya ilə müharibəyə başlamış olardı",-o qeyd edib.
Macarıstan hökumət başçısı qeyd edib ki, Ukraynanın Aİ-yə qəbul edilməsi ciddi geosiyasi risklər doğurur və bu, Avropanın təhlükəsizliyinə birbaşa təhdiddir.