RU

"Sumqayıt" serbiyalı futbolçu aldı

BAKI. 11 iyul. TELEQRAF

2025/2026 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” FK daha bir futbolçunun keçidini reallaşdırıb. Komandamız son olaraq Serbiyanın “Radniçki” klubunda çıxış etmiş Aleksa Yankoviç ilə 2+1 illik müqavilə imzalayıb. 25 yaşlı cinah oyunçusu “Sumqayıt” FK-nın heyətində “11” nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Serbiya “Partizan”ının yetirməsi olan Aleksa Yankoviç adıçəkilən ölkənin “Vozdovaç”, “Çukariçki”, “Radnikçi” kimi klublarının uğurları üçün çalışıb. Yankoviç Serbiyanın U-16, U-17, U-18, U-19 və U-21 millilərində də çıxış edib.

Избранный
22
10
teleqraf.com

10Источники