RU

6 ayda qeyri-neft ixracı 10 faiz artıb

2025-ci ilin yanvar-iyun aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,9 faiz artaraq 1,8 milyard ABŞ dolları təşkil edib. Bu barədə məlumat İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın iyul sayında yer alıb.

Nəşrin məlumatına görə, 2025-ci ilin birinci yarısında yeyinti məhsullarının ixracı 19,1 faiz artaraq 564,7 milyon dollara bərabər olub. Hesabat dövründə ixrac olunan şəkər əvvəlki ilin müvafiq dövrünə nəzərən 7,4 milyon dollar və ya 54,4 faiz, kimya sənayesi məhsulları 48,7 milyon dollar və ya 38,7 faiz, meyvə-tərəvəz 81,2 milyon dollar və ya 24,3 faiz, pambıq iplik 1,8 milyon dollar və ya 16,6 faiz, qara metallar və onlardan hazırlanan məmulatlar 5,1 milyon dollar və ya 12,5 faiz, çay 62,5 min dollar və ya 2 faiz, alüminium və ondan hazırlanan məmulatlar isə 666,8 min dollar və ya 0,7 faiz artıb.

2025-ci ilin yanvar-iyun aylarında aqrar məhsulların ixracı 21,9 faiz artaraq 455,2 milyon dollar, aqrar-sənaye məhsullarının ixracı isə 7,7 faiz çoxalaraq 145 milyon dollara bərabər olub. Bütövlükdə, aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 18,2 faiz artaraq 600,3 milyon dollar təşkil edib.

 

Избранный
20
11
xalqqazeti.az

10Источники