RU

Edin Dzeko “Fiorentina”da - Rəsmi

Bu yay Türkiyənin “Fənərbağça” klubundan ayrılmış hücumçu Edin Dzeko bundan sonra “Fiorentina”nın uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə İtaliya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Florensiya təmsilçisi 39 yaşlı hücumçunun azad agent kimi heyətə cəlb edildiyini açıqlayıb. Bosniya və Herseqovinadan olan futbolçu yeni klubu ilə 1 illik müqaviləyə imza atıb.

Edin Dzeko 2023-cü ilin yayından formasını geyindiyi “Fənərbağça”da 99 oyun keçirib, 46 qol vurub, 18 məhsuldar ötürmə müəllifi olub. 39 yaşlı forvard daha öncə “Roma”, “Mançester Siti”, “Volfsburq”, “İnter”, “Teplitse” və “Jelezniçar” kimi klublarda da çıxış edib.

Dzeko Bosniya və Herseqovina milli komandasında 140 oyuna 67 qol vurub.

“Transfermarkt” internet-portalı 39 yaşlı hücumçunun transfer dəyərini 1,6 milyon avro məbləğində qiymətləndirir.

Избранный
43
5
arena.az

10Источники