Türkiyənin "Fənərbağça" klubundan ayrılan Edin Cekonun yeni klubu müəyyənləşib.
Teleqraf xəbər verir ki, 39 yaşlı hücumçu İtaliyanın "Fiorentina" komandasına keçib.
Bu barədə Florensiya təmsilçisinin rəsmi saytı məlumat yayıb.
"Fiorentina" bosniyalı futbolçu ilə bir illik müqavilə imzalayıb.
Qeyd edək ki, Edin Ceko 2023-cü ilin yayından "Fənərbağça"nın şərəfini qoruyurdu. O, son mövsüm ərzində Türkiyə çempionatında keçirdiyi 35 oyunda 14 qol müəllifi olub. Ceko daha əvvəl İtaliyada "İnter", "Roma", Almaniyada "Volfsburq" və İngiltərədə "Mançester Siti"nin şərəfini qoruyub.