İtaliyanın "Fiorentina" klubu hücumçu Edin Dzekonun transferini açıqlayıb.
Adalet.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
39 yaşlı forvardla 1 illik müqavilə bağlanıb.
E.Ceko ötən mövsüm "Fənərbağça"nın heyətində 53 oyuna çıxıb, 21 qol vurub və 8 məhsuldar ötürmə edib. O, əvvəllər "Volfsburq", "Mançester Siti", "Roma" və "İnter" kimi tanınmış klublarda da oynayıb.