RU

Redon Cica “Qarabağ”ı tərk etdi - Rəsmi

Azərbaycan çempionu “Qarabağ”ın albaniyalı hücumçusu Redon Cica “SSPA Şabab Riadi Beluizdad” klubuna transfer olunub.

Arena.az bu barədə Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Bildirilir ki, 26 yaşlı futbolçu Əlcəzair klubu ilə müqavilə imzalayıb.

2023-cü ilin yanvarından “Qarabağ”ın formasını geyinən forvard 3 dəfə Azərbaycan çempionu adını qazanıb, 1 dəfə ölkə kubokunun qalibi olub. O, 73 oyunda 13 qol və 5 assistə imza atıb.

“Qarabağ” Redon Cicaya kluba göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, “Qarabağ” bu yay Yassin Benzya, Patrik Andrade, Marko Veşoviç və İsmayıl İbrahimli ilə də yollarını ayırmışdı. Ağdam klubu gedənlərin əvəzində Dani Bolt və Pedro Bikalyonu transfer edib. Rüstəm Əhmədzadə isə icarədən qayıdıb.

Избранный
28
1
arena.az

10Источники