Əlcəzair təmsilçisi “SSPA Şabab Riadi Beluizdad” yeni transferi Redon Cicanı ictimaiyyətə təqdim edib.
Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Klub 26 yaşlı hücumçu ilə 2 illik müqavilə imzalayıb.
2023-cü ilin yanvarından “Qarabağ”ın formasını geyinən forvard 3 dəfə Azərbaycan çempionu adını qazanıb, 1 dəfə ölkə kubokunun qalibi olub. O, 73 oyunda 13 qol və 5 assistə imza atıb.