"Qarabağ"ın futbolçusu Redon Cica “SSPA Şabab Riadi Beluizdad” klubuna transfer olunub.
"Football-plus.az" xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
26 yaşlı albaniyalı hücumçu Əlcəzair klubu ilə müqavilə imzalayıb.
2023-cü ilin yanvarından "Qarabağ"ın formasını geyinən oyunçu 3 dəfə Azərbaycan çempionu adını qazanıb, 1 dəfə ölkə kubokunun qalibi olub. O, 73 oyunda 13 qol, 5 məhsuldar ötürməyə imza atıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta