RU

Altı ayda pərakəndə ticarət dövriyyəsi 3,8 faiz artıb

Bakı. Trend:

2025-ci ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsindəistehlakçılara 29 642,0 milyon manatlıq, o cümlədən 16 262,2 milyonmanatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 13 379,8milyon manatlıq qeyri-ərzaq malları satılıb.

Trend bu barədəDövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, 2024-cü ilin yanvar-iyun ayları ilə müqayisədəpərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 faiz, o cümlədənərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,5 faiz,qeyri-ərzaq malları üzrə 6,7 faiz artıb.

2025-ci ilin birinci yarısında alıcıların pərakəndə ticarətşəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50,5 faizi ərzaqməhsullarının, 4,4 faizi içkilər və tütün məmulatlarının, 12,8faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,2 faiziavtomobil benzini və dizel yanacağının, 4,6 faizi elektrik mallarıvə mebellərin, 2,4 faizi əczaçılıq məhsulları və tibbiləvazimatların, 1,2 faizi kompüterlər, telekommunikasiyaavadanlıqları və çap məhsullarının, 17,9 faizi isə digərqeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Hesabat dövründə qeyri-dövlət sektorunda fəaliyyət göstərəntəsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlkiilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,8 faiz artaraq ümumipərakəndə ticarət dövriyyəsinin 99,8 faizini təşkil edib.

2024-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 2025-ci ilinyanvar-iyun aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədəmüəssisələr üzrə 8,8 faiz, fərdi sahibkarlar üzrə 0,5 faiz, bazarvə yarmarkalarda isə 4,2 faiz artıb.

2025-ci ilin birinci yarısında pərakəndə ticarət şəbəkəsindəəhalinin bir nəfəri orta hesabla ayda 482,8 manatlıq, o cümlədən264,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları,217,9 manatlıq qeyri-ərzaq malları alıb.

Избранный
17
8
az.trend.az

10Источники