RU

Mançester Siti futbolçusunu 46 milyona satmağa hazırdır

sport24.az saytından alınan məlumata görə, ain.az bildirir.

"Mançester Siti"nin futbolçusu Cek Qriliş karyerasını başqa klubda davam etdirə bilər. Sport24.az xəbər verir ki, bu barədə "Sun" nəşri məlumat yayıb.

Mənbənin sözlərinə görə, 29 yaşlı ingilislə "Tottenhem", "Nyukasl" və "Napoli" maraqlanır. "Siti" 46 milyon avro qarşılığında onunla vidalaşmağa hazırdır.

Qeyd edək ki, Qriliş 2024/25 mövsümündə "şəhərlilər"in heyətində bütün turnirlərdə 32 oyuna çıxıb, 3 qol vurub və 5 məhsuldar ötürmə verib. Onun klubla müqaviləsi 2027-ci ilin yayında başa çatır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
290
19
sport24.az

10Источники