“Çelsi”nin 23 yaşlı ingiltərəli hücumameyilli yarımmüdafiəçisi Koul Palmer tarixi vətəni Sent-Kits və Nevisi ziyarət eidb.
Arena.az məlumat verir ki, Palmer Karib dənizində yerləşən ada dövlətinə ABŞ-da keçirilmiş 2025-ci il FIFA Klub Dünya Kubokunda möhtəşəm zəfərindən sonra yollanıb.
Vətənində Palmer təmtəraqla qarşılanıb. Məlumata görə, dövlətin baş naziri Palmerlə görüşmək istəyini izhar edib.
Xatırladaq ki, Palmetin əcdadları Sent-Kits və Nevisdən İngiltərəyə köçüblər.
Koul Palmer “Mançester Siti”nin məzunudur. Hücumameyilli yarımmüdafiəçi “Çelsi”yə 2023-cü ilin sentyabr ayında 47 milyon avro məbləğ müqabilində məhz “Mançester Siti”dən keçib. Palmerin London təmsilçisi ilə müqaviləsinin müddəti 2033-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Palmer “zadəganlar”ın heyətində bütün yarışlarda 52 oyuna çıxıb, 18 qol və 14 məhsuldar ötürmə ilə fərqlənib.
Palmer “Çelsi”nin heyətində ümumilikdə 97 oyun keçirib, 43 qol vurub, 29 məhsular ötürmə verib.
Koul Palmer 2023-cü ilin noyabr ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 12 oyun keçirib, 2 qol vurub, 1 məhsudlar ötürmə verib.
Palmer İngiltərənin U-21 yığması ilə Avropa çempionu (2023) olub. Koul “Mançester Siti” ilə də UEFA Çempionlar Liqasını (2022/2023), İngiltərə Premyer Liqasını (2021/2022, 2022/2023), UEFA Super Kubokunu (2023/2024), İngiltərə Kubokunu (2023), İngiltərə Liqa Kubokunu (2021) qazanıb. “Çelsi” ilə isə Palmer Konfras Liqasının (2024/2025) və FIFA Klub Dünya Kubokunun (2025) qalibi olub.
“Transfermarkt” internet-portalı 23 yaşlı ingilis hücumameyilli yarımmüdafiəçinin transfer dəyərini 120 milyon avro məbləğində qiymətləndirir.