AZ

Mançester Siti” türk futbolçu üçün sərvət təklif etdi

ain.az, Metbuat saytına istinadən bildirir.

“Mançester Siti” "Yuventus"un gənc istedadı Kenan Yıldızı transfer etmək üçün hərəkətə keçib.

Metbuat.az xəbər verir ki, “Mançester Siti” türk ulduz üçün 90 milyon avro təklif edib. “Fichajes”də dərc edilən xəbərə görə, İngiltərə nəhəngi mövsümün fasiləsində transferi reallaşdırmaq istəyir. Bildirilir ki, “Yuventus” futbolçusunu buraxmaq istəməsə də, böyük məbləğdəki təklifdən sonra transferə razılıq verə bilər.

Məlumata görə, Kenan Yıldızın üç fərqli mövqedə oynaya bilməsi “Mançester Siti”nin məşqçisi Pep Qvardiolanın diqqətini çəkib. Kenan Yıldız həm hücumçu arxasında, həm də cinahlarda oynaya bilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
1
metbuat.az

2Mənbələr