RU

Şəki sakini ona əlillik təyinatının aparılmamasından narazıdır – VİDEO

Şəki sakini Ramin Nazarov ona əlillik təyinatının aparılması üçün müvafiq addımın atılmamasından şikayətçidir.

NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, Şəkinin Baş Kəldək kənd sakini 45 yaşlı Ramin Nazarov 15 ildir tək yaşayır.

O, ötən il Şəki Rayon Psixatriya Xəstəxanasında bir müddət yatıb. Hesab edir ki, 3 ay bitdikdən sonra 21 iş günü ərzində onun adına əlillik müavinəti üçün kart verilməli idi və bu təmin olunmur.

Şikayətçi onu da iddia edir ki, xəstəxanada yatdığına görə onu qeydiyyata da almayıblar.

Şəki Psixatriya Xəstəxanasında araşdırmalardan məlum oldu ki, həqiqətən də Ramin Nazarov bu xəstəxanada müalicə olnub və onun adına tibb müəssisəsində lazımi deydiyyat sənədləri var. Araşdırmalar zamanı o da müəyyənləşdi ki, Ramin Nazarov ötən il martın 3-dən mayın 21-dək, yəni 80 gün müddətində müalicə alıb, vəziyyəti stabilləşdiyi və şəxsi istəyi nəzərə alınaraq xəstəxanadan buraxılıb.

O da qeyd olunub ki, müavinət almaq üçün xəstə 90 gün stasionarda müalicə almalı, dərəcəsi nəzərə alınaraq ona aydiyyəti qurum tərəfindən əlillik təyin olunmalıdır. Yalnız bundan sonra kartı xəstəxana deyil, aydiyyəti qurum onun qəyyumuna təqdim etməlidir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 

Избранный
10
24
nocomment.az

10Источники