"Atletik" futbolçusu Niko Uilyamsla müqavilə müddətini uzadıb.


Rekord.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.


22 yaşlı hücumçunun yeni sözləşməsi 2035-ci ilin yayınadək nəzərdə tutulub.


İspaniya millisinin üzvünün satın alınma qiyməti 50 faizdən çox artırılıb. Niko Uilyamsın yay transfer dönəmində "Barselona"ya keçəcəyi gözlənilirdi.


Bilbao təmsilçisinin yetirməsi 2021-ci ildən əsas komandada çıxış edir. O, 2024-cü ildə İspaniya yığması ilə Avropa çempionu olub.