AZ

“Barselona”nın istədiyi futbolçu klubunda QALDI

İspaniya millisinin üzvü Niko Uilyams "Atletik" klubu ilə yeni müqavilə imzalayıb. 

Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Uliyams 2035-ci ilə qədər Bilbao təmsilçisinə məxsus olacaq. 
 

Oyunçu ilə əvvəlki müqavilənin müddəti 2027-ci ildə başa çatmalı idi. Hazırda isə onu transfer etmək istəyən klub “Atletik”ə 116 milyon avro ödəməli olacaq.


Qeyd edək ki, ötən mövsüm Niko müxtəlif turnirlərdə 45 oyun keçirib, 11 qol vurub və 7 məhsuldar ötürmə edib.

Bizim.Media

Seçilən
13
26
bizim.media

10Mənbələr