AZ

Niko Uilyams “Atletik”lə 2035-ci ilə qədər müqavilə imzaladı

“Atletik Bilbao"nun cinah hücumçusu Niko Uilyams klubla yeni uzunmüddətli müqaviləyə imza atıb.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə Bask təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, yeni müqavilə 2035-ci ilə qədər qüvvədə olacaq. Futbolçunun əvvəlki müqaviləsindəki təzminat məbləği təxminən 58 milyon avro idi, lakin yeni razılaşma ilə bu məbləğ 50%-dən çox artırılıb. İspan mediasında yayılan xəbərlərə görə, “Barselona” futbolçunu almaq istəyirdisə, artıq onu 96 milyon avroya transfer etməlidir – katalon klubu köhnə şərtlərlə transferi reallaşdıra bilməyib.

21 yaşlı Uilyams 2024/25 mövsümündə “Atletik”in heyətində bütün turnirlərdə 45 oyuna çıxıb, 11 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
10
19
90deqiqe.az

10Mənbələr