AZ

“Ürəyimin səsinə qulaq asdım” - Uilyams

İspaniyalı vinger Niko Uilyams “Atletik Bilbao” ilə yeni uzunmüddətli müqavilə imzaladığını açıqlayıb.

90deqiqe.Az-ın məlumatına görə, 21 yaşlı futbolçunun sözlərinə görə, bu qərarı duyğularına əsaslanaraq verib.

“Qərar verməli olduğum anda mənim üçün ən vacibi ürəyimin səsini dinləmək idi. Mən istədiyim yerdəyəm – ailəmin, yaxınlarımın yanında. Bura mənim evimdir. İrəli, ‘Atletik’!”, – deyə Uilyams klubun rəsmi saytına bildirib.

Qeyd edək ki, daha öncə “Barselona”nın Uilyamsın transferi üçün yekun danışıqlara başladığı və keçidin tezliklə rəsmiləşəcəyinə əmin olduğu bildirilirdi. Lakin futbolçu “Atletik”lə 2035-ci ilə qədər yeni müqavilə imzalayaraq klubda qalmağa üstünlük verib.

Uilyams geridə qalan mövsümdə bütün turnirlərdə 45 oyuna çıxaraq 11 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. “Transfermarkt” portalı onun dəyərini 70 milyon avro olaraq qiymətləndirir.

Seçilən
9
16
90deqiqe.az

10Mənbələr