Niko Uilyams “Atletik”lə müqaviləsini yeniləyib.
Msport.az xəbər verir ki, futbolçu ilə müqavilə müddəti daha 8 artırılıb.
Nikonun klubla əvvəlki müqaviləsi 2027-ci ilin yayında başa çatması nəzərdə tutlmuşdu. Yeni razılaşmada isə son tarix kimi 2035-ci il göstərilib.
8 illik müqavilədə transfer məbləğinin təxminən 58 milyon avrodan 90 milyon avroya yüksəldiyi bildirilir.
Qeyd edək ki, daha əvvəl “Barselona”nın Niko Uilyamsın transferi ilə bağlı danışıqların son mərhələsinə çatdığı və ispaniyalı futbolçunun bununla bağlı yaxın vaxtlarda açıqlama verəcəyini bildirilmişdi. O, ötən mövsüm 45 oyun keçirib, 11 qol vurub və 7 məhsuldar ötürmə edib.