RU

"QARABAĞ": İlk gün necə keçdi? – Avstriyadan FOTOLAR

"Qarabağ" yay təlim-məşq toplanışının 2-ci mərhələsi çərçivəsində Avstriyada ilk məşqinə çıxıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

"Qarabağ" Avstriyada 4 yoxlama görüşü keçirəcək. Qurban Qurbanovun iyulun 7-də keçiriləcək ilk görüşdə Xarkov “Metallist”i ilə üz-üzə gələcək.

Qarşılaşma yerli vaxtla saat 17:30-da (Bakı vaxtı ilə 19:30-da) başlayacaq.

İyulun 11-də “Qarabağ” “Tvente” ilə iki görüşə çıxacaq. Niderland təmsilçisi ilə oyunlar yerli vaxtla 15:00 və 17:15-də (Bakı vaxtı ilə 17:00 və 19:15-də) start götürəcək.

İyulun 15-də toplanışın son matçında rəqib “Zalsburq” (Avstriya) olacaq. Görüş yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə 20:00-da) başlayacaq.

Qarşılaşmaların dördü də Kaprun stadionunda keçiriləcək.

"Qarabağ"ın Avstriya toplanışı iyulun 16-da yekunlaşacaq.

"Qarabağ"ın Avstriyadakı ilk məşqindən fotoları təqdim edirik:



















Избранный
34
50
sportinfo.az

10Источники