AZ

Baş məşqçini dəyişdilər, 4 legionerlə danışdılar, 3-ü boşa çıxdı

Ötən mövsüm elitada qalmağı bacaran “Kəpəz” növbəti mövsümün planlarını cızır.

“Təmizləmə” işini yekunlaşdıran qərb təmsilçisi indi bütün diqqətini yeni transferlərə ayırıb.

Lakin bu istiqamətdə atılan ilk ox daşa tuş gəlib.

Adil Şükürovun əsas məqsədi 2023/24 mövsümündə rəhbərliyi altında top qovan legionerləri geri qaytarmaqdır.
Kimdir onlar?

İqor Rodriges, Olavale Onanuqa, Latir Fal və Mate Kvirkviya.

Bu futbolçuların hər birinə yenidən “Kəpəz”in formasını geyinmək təklif olunub.

İqor və Latirlə bağlı məsələ ilk zəngdəcə bağlanıb. Hər iki əcnəbi klubun imkankarını aşan maaş istəyib.

Mate təklif olunan şərtlərə isti yanaşsa da, sonradan fikrindən daşınıb. Daha doğrusu, başqa dəvətləri gözdən keçirmək həvəsinə düşüb.

Yalnız Onanuqanın dönüşü real görünür ki, nigeriyalı düşünmək üçün vaxt istəyib.

Beləliklə, Gəncə təmsilçisi hədəfə aldığı dörd əcnəbinin üçündən əlini üzmək məcburiyyətində qalıb.

HƏBİB / SPORTİNFO.AZ

Seçilən
25
50
sportinfo.az

10Mənbələr