AZ

Qarabağ qapıçısını Avstriyaya aparmayıb Klubdan ayrılır

Fanat portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Qarabağ" gənc qapıçısı Sadiq Məmmədzadəni Avstriyaya təlim-məşq toplanışına aparmayıb.

Fanat.Az xəbər verir ki, buna səbəb onun Ağdam təmsilçisindən ayrılmaq üzrə olmasıdır.

19 yaşlı qolkiper karyerasını Serbiyada davam etdirəcək. Hələ qışda "Belqrad" klubunda baxışda olan və bəyənilən Sadiq transfer pəncərəsi bağlı olduğu üçün geri qayıtmış və yayadək gözləməli olmuşdu. 

O vaxt "Qarabağ"ın icazəsi ilə baxışa yollanan Sadiqin keçidi bugünlərdə reallaşacaq. O, hazırda "Qarabağ"ın əvəzedici komandası ilə məşq edir.

Mirağa

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
35
50
fanat.az

10Mənbələr