AZ

Azərbaycanda əsas komandadan uzaqlaşdırılan gəncə elə qiymət qoydular, gəl görəsən!

«Sabah» transferə çıxardığı Abdulla Rzayevin transfer qiymətini müəyyənləşdirib.

23 yaşlı müdafiəçini almaq istəyən klub Masazır təmsilçisinə 100 min manat təzminat ödəməlidir

. Bu, son qiymətdir, yəni, aşağı yeri olmayacaq.

Gənclər yığmasının sabiq üzvünün «bayquşlar»la müqaviləsinin bitməsinə hələ 1 il qalıb. O, ötən mövsümün yrıdan çoxunu əvəzedici heyətdə keçirib.

Vasili Berezutski baş məşqçi postuna təyin olunandan az sonra – noyabrda Rzayevi əsas komandadan kənarlaşdırıb.

Hazırda onun elçilərinin sayı heç də az deyil. «Turan Tovuz», «Kəpəz», «Araz-Naxçıvan», «Sumqayıt» və «Qəbələ» Abdullanın elçi daşının üzərində əyləşib.

SPORTİNFO.AZ

Seçilən
25
50
sportinfo.az

10Mənbələr