RU

Litvadakı soydaşımız mədəniyyətlərarası dialoq və miqrantların inteqrasiyasının müzakirəsində iştirak edib (FOTO)

Bakı. Trend:

Litva Milli Radiosunda 20 iyun - Ümumdünya Qaçqınlar Günümünasibətilə təşkil olunan verilişdə mədəniyyətlərarası dialoq vəLitvada miqrantların cəmiyyətə inteqrasiyası mövzusunda genişmüzakirə aparılıb.

Trendxəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumatyayıb.

Bildirilib ki, verilişdə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı(UNHCR), Beynəlxalq Miqrasiya Təşkilatının (IOM Lithuania)nümayəndələri ilə yanaşı, Baltikyanı ölkələrdə yaşayanAzərbaycanlıların Koordinasiya Şurasının Litva üzrə koordinatoruNərmin Əliyeva da iştirak edib.

Nərmin Əliyeva 8 ildən çoxdur ki, Litvada əcnəbilər və yerliicmalar arasında körpü rolunu oynayan mədəni tədbirlər təşkiletdiyini bildirib. Hər il təşkil olunan Novruz bayramıtədbirlərinin artıq yalnız Azərbaycan diasporu üçün deyil, eynizamanda, Litva cəmiyyəti üçün də əhəmiyyətli mədəniyyət bayramınaçevrildiyini deyib. Novruz adət-ənənələrinin yerli əhali arasındaböyük maraqla qarşılandığını vurğulayıb.

O, Litva ictimaiyyətində mədəni müxtəlifliyə marağın artdığınıvə cəmiyyətin daha açıq, tolerant olduğunu qeyd edib.

Litvadakı
Litvadakı
Избранный
38
46
az.trend.az

10Источники