AZ

Əfqanıstan rəsmiləri Azərbaycana gəlir

Əfqanıstanın keçid hökumətində Baş nazirin iqtisadi məsələlər üzrə müavini vəzifəsini tutan Molla Əbdül Qəni Bəradər İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci sammitində iştirak etmək üçün Azərbaycana səfər yola düşüb.

Ulusal.az xəbər verir ki, bu barədə Əfqanıstanın “Baxtar” xəbər agentliyi hökumətə istinadla məlumat yayıb.

Əfqanıstan nümayəndə heyətinin rəhbəri Molla Əbdül Qəni Bəradər ECO-nun sammitində çıxış edəcək. O, Azərbaycan rəsmiləri ilə ticarət, tranzit, regional bağlantılar da daxil olmaqla bir çox sahə üzrə əməkdaşlıq məsələlərini müzakirə edəcək.

Seçilən
25
32
moderator.az

10Mənbələr