“"D8" təşkilatı Bakıda Gənclər Forumu keçirməyə hazırlaşır”.
Teleqraf-ın Ağdama ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu "D8”in baş katibi İsiaka Abdulqadir İmam Ağdamda ECO Gənclər Forumu çərçivəsində keçirilən "Ölkə Müdaxilələri: “Gənclərin Milli Strategiyalarının Dayanıqlı İnkişafa Töhfəsinin Qiymətləndirilməsi” üzrə Milli Perspektivlər mövzusunda panel sessiyanın iştirakçılarına unvanladığı videomuraciətdə deyib.
O vurğulayıb ki, Bakı bu ay D-8-in Gənclər Forumuna ev sahibliyi edəcək: Baş katib bildirib ki, Azərbaycanın və digər iştirakçı ölkələrin dəstəyi, tərəfdaşlar və beynəlxalq təşkilatlar, o cümlədən İƏT ilə qarşılıqlı fəaliyyət nəticəsində forum daha uğurlu olacaq.