RU

Ağdamda regional inkişafda ECO ölkələri gənclərinin roluna həsr olunan panel müzakirə keçirilib 

Ağdamda ECO Gənclər Forumu çərçivəsində "Yüksək Səviyyəli Perspektivlər: “Regional inkişafda gənclərin rolu” mövzusunda panel müzakirə keçirilib.

"Report"un Ağdama ezam olunmuş əməkdaşı xəbər verir ki, Gənclər və İdman Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Zərifə Zülfüqarovanın moderatorluğu ilə keçirilən müzakirədə Qırğızıstanın Mədəniyyət, İnformasiya və Gənclər Siyasəti nazirinin birinci müavini Soiuzbek Nadyrbekov, ECO Təhsil İnstitutunun rəhbəri Mehmet Akif Kireççi, ECO Elm Fondunun rəhbəri Sayed Komail Tayabi, Azərbaycan Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq İdarəsinin rəisi Elmar Məmmədov və ECO-nun Özbəkistandan olan Gənclər Nümayəndəsi Şahnozaxon Raxmanova iştirak ediblər.

Azərbaycan Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq İdarəsinin rəisi Elmar Məmmədov çıxışı zamanı Azərbaycanın COP29 çərçivəsində Qlobal Bakı Təşəbbüsü ilə çıxış etdiyini xatırladıb. O qeyd edib ki, bu təsəbbüş iqlim müqaviməti ilə bağlı insan kapitalının formalaşdırılması üçündür:

"Biz Bakı bələdçi Prinsiplərini yazıb hazırladıq. Bununla bağlı 14 BMT və bir neçə beynəlxalq təşkilatlarla birgə bəyanat qəbul etdik. Bakıda qəbul olunmuş prinsiplər digər ölkələr tərəfindən təsdiqlənir. Bundan başqa, biz iqlim maliyyəsi və sərmayə investisiya təşəbbüsünü irəli sürmüşdük. Bu keçid dövrü ölkələri üçün önəmlidir.
Həmçinin İqtisadi Əməkdaşlıq Təşkilatı çağırışların dəstəklənməsi üçün Asiya İnkişaf Bankından dəstək ala bilər. Bu təşəbbüslərin dəstəklənməsi yönündə önəmlidir".

ECO Təhsil İnstitutunun rəhbəri Mehmet Akif Kireççi isə təhsildə müasir çağırışlardan bəhs edib. O bildirib ki, xüsusilə, sosial şəbəkələr, süni intellekt ənənəvi təhsil modellərinin dəyişməsinə bir çağırışdır:

"Bu alətlər gənclərin təhsilə cəlb edilməsində böyük şansdır. Biz çalışmalıyıq ki, ən bacarıqlı gəncləri irəli çəkək. Gələcəyimiz təhsilsiz mümkün deyil. Gənclərin təhsil alması onların dünyada hansı hadisələrin baş verdiyi ilə bağlı məlumatlandırılması baxımından vacibdir".

Qırğızıstanın Mədəniyyət, İnformasiya və Gənclər Siyasəti Nazirinin birinci müavini cənab Soiuzbek Nadyrbekov isə Forum iştirakçılarına müraciət edib.
"Gəlin, elə edək ki, Ağdamda keçirilən Gənclər forumu ideyaların başlanğıcına çevrilsin" - deyə, o əlavə edib.

Panel müzakirələrlə davam edib.

MƏLUMAY YENİLƏNİR

Избранный
2
50
report.az

10Источники